Arestoviçdən ŞOK AÇIQLAMA: Onlar hələ də Zelenskini öldürmək istəyirlər
Kateqoriya məlum deyil
Rusiya hərbçiləri Ukrayna Prezidenti Vladimir Zelenskini hələ də öldürmək cəhdlərindən qalmırlar.
Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Aleksey Arestoviç BBC-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, ruslar 4 dəfə Prezident Administrasiyasının yaxınlığına atəş açıblar.
Bundan əlavə, Arestoviç işğalçıların ( Rusiya hərbçiləri – red.) hərbi-siyasi rəhbərlikdən hər hansı bir şəxsi də aradan götürmək istədiklərini bildirib.
O, özünün də hədəf seçildiyini istisna etməyib.






