Niderland Rusiyanın 17 diplomatını ölkədən çıxarır
Kateqoriya məlum deyil
Niderland Rusiyanın 17 diplomatını ölkədən çıxarır.
Sfera.az TASS-a istinadən xəbər verir ki, məlumatı ölkənin xarici işlər naziri Vopke Xukstra tviter səhifəsində yazıb.
"Niderland Rusiyanın 17 kəşfiyyatçısını ölkədən çıxarır. Onlar Rusiyanın Niderlanddakı nümayəndəliyində diplomat adı altında fəaliyyət göstəriblər”, - nazir yazıb.
Nazirin sözlərinə görə, onlar Niderlandın təhlükəsizliyini təhdid edirmiş.






