Logo

Ukraynada Rusiyanın iki zabiti öldü

Ukraynada Rusiyanın iki zabiti öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Silahlı Qüvvələri motoatıcı taborunun komandiri Sergey Panov Ukraynada döyüşlərdə ölüb.

Sfera.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukyrana Silahlı Qüvvələri Strateji Kommunikasiya İdarəsi feysbuk səhifəsində bildirilib.

Məlumata görə, Sergey Panov 1989-cu ildə  Rusiyanın Orenburq şəhərində anadan olub.

Ukrayna Silahlı Qüvvələri Quru Qoşunlarından bildirilib ki, Rusiyanın keçirdiyi "xüsusi hərbi əməliyyat” nəticəsində 200-cü briqadanın 1 500-dən çox şəxsi heyəti ölüb. Məlumata görə, Xarkov ətrafında 200-cü əlahiddə motoatıcı briqadanın komandiri polkovnik Denis Kurilo da martın 29-da döyüşlərdə ölüb.

Bildirilib ki, keçmiş SSRİ Əfqanstanda 10 ildə 5 general itirib. Rusiya Silahlı Qüvvələri isə 34 gündə 7 general itkisi ilə üzləşib.

Qeyd edək ki, martın 29-a olan məlumata görə, Rusiya Ukraynadakı hərb əməliyyatlarda 17 200 hərbçi itirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR