Logo

"Rusiya Belarus-Ukrayna sərhədinə "İskəndər-M" quraşdırır"

"Rusiya Belarus-Ukrayna sərhədinə "İskəndər-M" quraşdırır"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Belarus Respublikası "İskəndər-M” Əməliyyat Taktiki Raket Kompleksini Qomel vilayətində, Ukrayna sərhədi istiqamətində quraşdırdığı qeydə alınıb.

Sfera.az UNIAN-a istinadən xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

"Rusiyanın hərbi işğalına Ukrayna xalqının qəhrəmancasına müqavimətinin 33-cü günüdür. Düşmənin əsas səyləri işğal olunmuş ərazilərə nəzarəti saxlamağa və hücum əməliyyatlarının bərpasına hazırlığa yönəlib”, - məlumatda bildirilib.

Bir müddət əvvəl qeyd edilib ki, Rusiya Sakit Okean Donanması və Qərb Hərbi Dairəsindən əlavə hissələrin köçürməsini davam etdirir, "İsgəndər-M” raketləri isə Belarusun Kalinkoviçi şəhərində quraşdırıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR