Logo

ABŞ prezidenti Brüsselə getdi - SƏBƏB

ABŞ prezidenti Brüsselə getdi - SƏBƏB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
ABŞ prezidenti Co Bayden martın 24-də NATO sammitində iştirak etmək üçün Brüsselə gedib.

Sfera.az-ın məlumatına görə, bu barədə "İzvestiya" nəşrinin Telegram-kanalında bildirilib.

Məlumata əsasən, Amerika prezidentinin korteji şəhərin küçələrində görünüb.

Ağ Evin mətbuat xidmətindən bildirilib ki, ABŞ prezidenti Co Bayden Avropa İttifaqı, NATO, Yeddilik Qrupu (G7) liderləri ilə görüşlərdən sonra Polşaya gedəcək və burada ölkə prezidenti Anjey Duda ilə danışıqlar aparacaq.

Tərəflər Ukraynada humanitar böhran və insan haqlarının vəziyyəti ilə bağlı ABŞ və müttəfiqlərinin qarşılıqlı fəaliyyətini müzakirə edəcəklər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR