Logo

Rusiyanın daha bir komandiri Mariupol ətrafında MƏHV EDİLDİ - FOTO

Rusiyanın daha bir komandiri Mariupol ətrafında MƏHV EDİLDİ - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya ordusunun daha bir adlı-sanlı zabiti Ukraynada gedən döyüşlərdə öldürülüb.

Sfera.az xəbər verir ki, Mariupol ətrafında gedən döyüşlər zamanı Rusiya dəniz piyadalarının 810-cu briqadasının komandiri, polkovnik Aleksey Şarov məhv edilib. Bu haqda Ukrayna ordusunun zabiti Anatoli Ştefan özünün Twitter səhifəsində yazıb.

"Dəniz piyadalarının Jukov ordenli 810-cu qvardiya əlahiddə briqadasının komandiri, polkovnik Aleksey Şarov (Mariupolda). "Təlimlərdə "yolunu azdı” , amma indi evə düz qayıdacaq. Düşmənlərə ölüm!”, - zabit yazıb.

Bundan əvvəl Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasının komandan müavini, 3-cü dərəcəli kapitan Aleksey Raliy də Mariupol ətrafında gedən döyüşlərdə məhv edilmişdi. Daha əvvəl isə Rusiya ordusunun diviziya komandiri, general Oleq Mityayev Mariupol ətrafındakı döyüşlərdə "Azov” polkonun döyüşçüləri tərəfindən öldürülüb. (virtualaz.org)

Rusiyanın daha bir komandiri Mariupol ətrafında MƏHV EDİLDİ - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR