Logo

Ağ Evin sözçüsü Psaki COVID-ə yoluxdu

Ağ Evin sözçüsü Psaki COVID-ə yoluxdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ağ Evin sözçüsü Cennifer Psakinin COVID-19 testi müsbət çıxıb.

Sfera.az xəbər verir ki, bu səbəbdən o, ABŞ prezidenti Co Baydeni Avropa səfərində müşayiət edə bilməyəcəyini açıqlayıb.

Psaki verdiyi yazılı açıqlamada dünən Baydenlə iki görüşdə iştirak etdiyini, lakin prezidentin sonuncu PCR testinin mənfi olduğunu qeyd edib.

"Peyvənd sayəsində çox yüngül simptomlarım var. Ağ Evin COVID-19 protokollarına uyğun olaraq evdən işləyəcəyəm və 5 günün sonunda mənfi test nəticəsi aldıqdan sonra işə qayıdacağam”, - deyə Ağ Evin sözçüsü əlavə edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR