Logo

İtaliya rusiyalı oliqarxların aktivlərini dondurdu

İtaliya rusiyalı oliqarxların aktivlərini dondurdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İtaliya hakimiyyəti sanksiyalara məruz qalmış rusiyalı sahibkarların ümumilikdə 800 milyon avrodan çox aktivlərini dondurub.

Sfera.az mk.ru-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mario Draqi bildirib.

"Biz İtaliyada Avropa İttifaqının siyahılarına düşmüş oliqarxların 800 milyon avrodan çox əmlakını dondurmuşuq”, - o milli parlamentin deputatlar palatasında çıxışı zamanı deyib.

Draqi qeyd edib ki, Avropa İttifaqı və NATO yaranmış vəziyyətdə sanksiyaların tətbiq edilməsində birlik göstərdi. Onun sözlərinə görə, məhdudiyyətlər Rusiya hakimiyyətinin Ukraynadakı hərbi əməliyyatlarını dayandırmağa yönəlib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR