Logo

Ukrayna-Rusiya danışıqlarında son durum AÇIQLANDI

Ukrayna-Rusiya danışıqlarında son durum AÇIQLANDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Rusiya ilə danışıqlarda Ukrayna ərazi bütövlüyü məsələsində güzəştlərə getmir”.

Sfera.az xəbər verir ki, bunu Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak BBC-yə müsahibəsində bildirib.

"Danışıqlar onlayn rejimdə daim davam edir. Xeyli sayda mübahisəli məsələlər var. Axı Prezident (Volodimir Zelenski-red.) ərazi bütövlüyü, fundamental təhlükəsizlik təminatları - yəni bizim üçün vacib olan məqamlarla bağlı öz mövqeyini açıq şəkildə ifadə etdi. Danışıqlar daim onlayn rejimdə aparılır, bu prosesdə iştirak edən çoxlu məsləhətləşmə qrupları var”, - Podolyak qeyd edib.

O etiraf edib ki, danışıqlar prosesinin strukturu mürəkkəbdir: "Danışıqlar qrupu və müxtəlif formatlarda işləyən xeyli sayda qruplar var. Bundan əlavə, hər iki tərəfdən danışıqlara siyasi müşavirlər cəlb olunub”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR