Ukraynada ABŞ vətəndaşı həlak oldu
Kateqoriya məlum deyil
Ukraynanın Çerniqov şəhərində ABŞ vətəndaşı öldürülüb.
Sfera.az xəbər verir ki, bu barədə Çerniqov vilayət polis idarəsinin "Facebook” səhifəsində məlumat verilib.
Bildirilib ki, hadisə şəhərin mərkəzinə Rusiya artilleriyasının zərbəsi zamanı baş verib.
Ölən ABŞ vətəndaşının kimliyi hələlik açıqlanmır.






