Logo

Bu gün Rusiya-Ukrayna danışıqları keçiriləcək

Bu gün Rusiya-Ukrayna danışıqları keçiriləcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar bu gün ərzində davam etdiriləcək.

Sfera.az  TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

"Bu gün danışıqlar davam etdirilməlidir. Danışıqlar hazırda gedir, ya yox, bilmirəm, lakin bu gün bu və ya digər istiqamətdə danışıqlar aparılmalıdır”, - deyə Peskov söyləyib.

Xatırladaq ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların birinci raundu fevralın 28-də Belarusun Qomel vilayətində keçirilib, görüş beş saat davam edib. Tərəflər daha sonra martın 3-ü Belovejskaya Puşçada və martın 7-si isə Brest vilayətində görüşüblər.

Martın 10-da Antalyada keçirilən diplomatik forum çərçivəsində Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrovla Dmitri Kuleba arasında görüş keçirilib.

Hazırda danışıqlar videobağlantı vasitəsilə gündəlik formatda aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR