Logo

Dmitri Medvedev: "Qərb bizi "tərbiyə" edə bilməz"

Dmitri Medvedev: "Qərb bizi "tərbiyə" edə bilməz"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Rusiya ona və vətəndaşlarına yaraşan dünya nizamı uğrunda mübarizəni davam etdirəcək”.

Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

"Qərb bizi "tərbiyə edə bilməz”. Rusiyanı itaət etdirə, parçalaya bilməzlər. NATO-nun sərhədlərimizə qədər genişlənməsi, ölkəmizə qarşı iqtisadi və informasiya müharibəsi, hədə-qorxuları indiki gərgin vəziyyətə səbəb olub" - o bildirib.

Medvedev vurğulayıb ki, Qərb ölkələrinin Rusiyaya qarşı davranışı cinayətdir:

"Onlara lazım olanda hər şeyə, o cümlədən Donbasda dinc əhalinin öldürülməsinə göz yuma bilərlər. Kimsə onların əmrinə tabe olmayanda isə Rusiya günahkar olur".
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR