Logo

Bayden Ukraynaya yardımla bağlı sənəd imzaladı - 13,6 milyard dollar

Bayden Ukraynaya yardımla bağlı sənəd imzaladı - 13,6 milyard dollar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
ABŞ Prezidenti Co Bayden Ukraynaya 13,6 milyard dollar həcmində yardımı nəzərdə tutan qanun layihəsini imzalayıb.

Sfera.az xəbər verir ki, bu barədə C.Bayden öz tviter hesabında yazıb.

"Mən Ukraynaya tarixi 13,6 milyard dollar həcmində yardımı göstərən sənədi imzaladım”, - deyə C.Bayden əlavə edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasında 13,6 milyard dollar məbləğində yardım edilməsi dəstəklənib.

Bu məbləğin 6,5 milyard dolları Pentaqona Ukraynaya hərbi yardım üçün ayrılacaq. Qalan vəsaitlər digər sahələrə - Ukraynaya humanitar və iqtisadi yardıma yönəldiləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR