Logo

“Baydenin ölmüş atasına da sanksiya tətbiq ediblər” - Rusiya məsxərəyə qoyuldu

“Baydenin ölmüş atasına da sanksiya tətbiq ediblər” - Rusiya məsxərəyə qoyuldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ağ Evin sözçüsü Cen Psaki ABŞ Prezidenti Co Baydenin Rusiyanın sanksiya siyahısına salınması ilə bağlı zarafat edib.

Sfera.az xəbər verir ki, Vaşinqtonda keçirdiyi brifinq zamanı Psaki vurğulayıb ki, Rusiya sanksiyaları amerikalıların nəzərdə tutulan məqsədlərinə ciddi təsir göstərməyəcək.

"Heç kəsi təəccübləndirməyəcəyəm ki, heç birimiz Rusiyaya turist səfəri planlaşdırmırıq. Heç kimin Rusiyada bank hesabı yoxdur ki, biz onlara daxil ola bilməyək. Ona görə də biz irəliyə davam edəcəyik”, - deyə Psaki bildirib.

O, Rusiyanın sanksiyalarla bağlı bəyanatında "Prezident Bayden-balaca” qeyd olunmasına da gülüb: "Ola bilsin ki, Baydenin ölmüş atasına da sanksiya tətbiq ediblər”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR