Logo

Çernobıl AES elektrik təchizatını bərpa etdi

Çernobıl AES elektrik təchizatını bərpa etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukraynanın Çernobıl Atom Elektrik Stansiyası (AES) elektrik təchizatını bərpa edib.

Sfera.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tviter səhifəsində bildirib.

Məlumata görə, Rusiya hərbçilərinin hücumu nəticəsində AES-in elektrik təchizatı xətti zədələnmişdi.

"AEBA-nın Ukraynadakı nümayəndəliyi Çernobıl AES-in xarici elektrik təchizatını bərpa etdiyini bildirib”,- məlumatda qeyd olunub.

Xatırladaq ki, martın 9-da Rusiya hərbçilərinin hücumu nəticəsində stansiyanın elektrik enerjisi təchizatı ötürməsi dayanmışdı. Həmin gün Ukrayna tərəfi stansiyanın fəaliyyətini 48 saata bərpa edəcəklərini bəyan etmişdi.

Martın 13-də AES-in elektrik təchizatı bərpa olunsa da, növbəti gün Rusiya hərbçiləri onu yenidən zədələmişdi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR