19-cu gün: Ukraynanın itkiləri açıqlandı
Kateqoriya məlum deyil
Ukraynada xüsusi hərbi əməliyyat zamanı ümumilikdə rus qoşunları 145 pilotsuz təyyarə və 1300-ə yaxın tank, 124 reaktiv yaylım atəş sistemi, 500-ə yaxın artilleriya qurğusu və mindən çox texnikanı məhv edib.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor İqor Konaşenkov məlumat verib.
Konaşenkov 19 gün ərzində sıradan çıxarılan Ukrayna texnikalarının sayını açıqlayıb:
"1298 tank və digər zirehli döyüş maşını, 124 reaktiv yaylım atəş sistemi, 469 səhra artilleriya silahı və minaatan, habelə Ukrayna Silahlı Qüvvələrinin 1047 ədəd xüsusi təyinatlı hərbi texnikası məhv edilib”.






