Logo

ABŞ: "Putinə böyük təzyiq göstərməliyik ki, fikrini dəyişsin"

ABŞ: "Putinə böyük təzyiq göstərməliyik ki, fikrini dəyişsin"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Prezidenti Vladimir Putin Ukraynanı məhv etmək istəyir.

Sfera.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin müavini Vendi Şerman deyib.

"Təzyiq müəyyən təsir göstərməyə başlayır, biz real, ciddi danışıqlara hazır olmağın bəzi əlamətlərini görürük. Ancaq deməliyəm ki, Vladimir Putinin Ukraynanı məhv etmək niyyətində olduğu görünür. Biz ukraynalılara hər cür kömək etməliyik”, - Şerman bildirib.

Onun sözlərinə görə, ABŞ-ın indi hədəfləri var:

"Biri Ukraynanı hər cür dəstəkləməkdir. Vaşinqton artıq bunun üçün 1,2 milyard dollar təhlükəsizlik yardımı ayırıb. İkincisi, Vladimir Putinə böyük təzyiq göstərməliyik ki, fikrini dəyişsin, bu müharibəni bitirsin - əvvəlcə atəşkəs, humanitar dəhlizlər əldə edilsin və bu işğal dayansın”. (Axar.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR