Rusiya MN: Ukraynada 3736 hərbi obyekt məhv edilib
Kateqoriya məlum deyil
Rusiya silahlı qüvvələrinin Ukraynada həyata keçirdiyi əməliyyatlarda 18 gün ərzində 3736 hərbi infrastruktur obyekti məhv edilib.
Sfera.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general-mayor İqor Konaşenkov bildirib.
General əlavə edib ki, əməliyyat zamanı 100 təyyarə, 139 PUA, 1234 tank və digər zirehli texnika, 122 YARS, 452 artilleriya qurğusu və 1013 hərbi avtomobil məhv edilib.






