Logo

Türkiyənin “Pegasus” şirkəti Rusiyaya uçuşları dayandırdı

Türkiyənin “Pegasus” şirkəti Rusiyaya uçuşları dayandırdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Türkiyənin "Pegasus Airlines” aviaşirkəti Rusiyaya və bu ölkədən reysləri müvəqqəti olaraq dayandırıb.

Sfera.az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat verib.

Bildirilir ki, Rusiyaya qarşı sanksiyalar kontekstində "əməliyyat riskləri” səbəbindən martın 13-dən 27-dək reyslər ləğv ediləcək.

"Bu tarixlərdə Moskva, Sankt-Peterburq, Mineralnıye Vodı, Qroznı, Mahaçqala və Krasnodara reyslərdə olan qonaqlarımız biletin pulsuz dəyişdirilməsi və pulun tam geri qaytarılması hüququna malikdirlər”, - deyə şirkətdən bildiriblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR