Logo

Xarkova 6 hava bombası atıldı: ölən və yaralananlar var

Xarkova 6 hava bombası atıldı: ölən və yaralananlar var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukraynanın Xarkov vilayətinin Slobojanskoye kəndinə altı hava bombası atılıb.

Sfera.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.

"Burada heç vaxt hərbi infrastruktur obyekti olmayıb. Buna baxmayaraq, rusiyalı hərbçilər kəndin yaşayış məntəqələrini vurmağa qərar veriblər", - məlumatda deyilir.

Atılan 6 hava bombasından biri ikimərtəbəli yaşayış binasına düşüb. Biri qadın, ikisi uşaq olmaqla 7 nəfər ölüb.

Binanın dağıntıları arasında axtarış işləri davam etdirilir. Ölənlər barədə məlumat dəqiqləşdirilir.

Xatırladaq ki, Rusiyanın Ukraynaya təcavüzü başlayandan indiyədək 71 uşaq ölüb, 100-dən çox uşaq isə yaralanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR