“Rusiyaya qarşı sanksiyalar Ermənistana təhdidlər yaradır”
Kateqoriya məlum deyil
"Rusiyaya qarşı sanksiyalar Ermənistan iqtisadiyyatı üçün ciddi risk və təhdidlər yaradır”.
Sfera.az "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın yeni Prezidenti Vaaqn Xaçatryan deyib.
"Biz əlbəttə sanksiyaların nəticələrini qismən proqnozlaşdıra bilərik, lakin inanın ki, sanksiyaları tam olaraq qiymətləndirmək mümkün deyil. Biz öz sistemimizi, xüsusən də maliyyə sistemimizi, Ermənistan vətəndaşlarına və ölkəyə gələrək biznes qurmaq istəyən şəxslərə xidmət edə bilməsi üçün hazırlamalıyıq”, - deyə Xaçatryan qeyd edib.






