Ukraynada təhlükəli vəziyyətin hökm sürdüyü şəhərlərin adı AÇIQLANDI
Kateqoriya məlum deyil
Ukraynada ən təhlükəli vəziyyətin hökm sürdüyü şəhərlərin adı açıqlanıb.
Sfera.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç bildirib.
Onun sözlərinə görə, xüsusilə şiddətli döyüşlərin davam etdiyi şəhərlər aşağıdakılardır: "Hazırda Xarkov, Donetsk və Luqanskda şiddətli döyüşlər gedir. Ona görə də mülki əhalinin, xüsusilə qadın və uşaqların həmin şəhərləri tərk etmələrini xahiş edirik”, - O.Arestoviç əlavə edib.






