Putin Şoltsla Ukraynadakı vəziyyəti müzakirə etdi
Kateqoriya məlum deyil
Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şoltsla telefon danışığı aparıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Ukrayna və Donbasda vəziyyətin humanitar aspektlərinə xüsusi diqqət yetirilib”, - deyə məlumatda bildirilir.
Onlar həmçinin siyasi və diplomatik səylərin variantlarını, o cümlədən Kiyevlə danışıqların üçüncü raundunun nəticələrini müzakirə ediblər.
"Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb", - məlumatda deyilir.






