Logo

Kuleba Rusiya-Ukrayna-Türkiyə görüşündən gözləntilərini açıqladı

Kuleba Rusiya-Ukrayna-Türkiyə görüşündən gözləntilərini açıqladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba rusiyalı həmkarı Sergey Lavrovla keçirilməsi planlaşdırılan görüşdən gözləntilərini açıqlayıb.

Sfera.az  UNİAN-a istinadən xəbər verir ki, o, bu barədə videomüraciətində danışıb.

"Danışıqlardan gözləntilərim məhduddur. Tələblərimiz atəşkəsin təmin olunması və torpaqlarımızın azad edilməsidir. Münaqişənin qeyd-şərtsiz həllini istəyirik", - deyə o qeyd edib.

D.Kuleba bildirib ki, danışıqların nəticəsi həm də Lavrovun Türkiyəyə nə məqsədlə gələcəyindən asılıdır: "Ümid edirəm, o, bu müzakirəyə təbliğat baxımından yox, vicdanla yanaşacaq”.

Qeyd edək ki, sabah, fevralın 9-da Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə, Rusiya və Ukrayna XİN başçılarının üçtərəfli görüşü keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR