Logo

Rus təyyarəsini vuran döyüşçü öldürüldü – FOTOLAR

Rus təyyarəsini vuran döyüşçü öldürüldü – FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İŞİD terror təşkilatının Sina yarımadasındakı "Ensar Beyt Əl-Makdis” qrupunun lideri öldürülüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Misir hökuməti açıqlama yayıb.

Açıqlamada deyilir ki, Sina yarımadasının şimalındakı Əl-Ariş şəhərində İŞİD-ə qarşı keçirilən hərbi hava əməliyyat zamanı təşkilatın bu bölgə üzrə lideri başda olmaqla, 45 terrorçu məhv edilib.

Hava əməliyyatı nəticəsində İŞİD-in Əl-Ariş şəhərində qurduğu gizli silah anbarları və təlim düşərgələri də vurulub.

Xatırladaq ki, İŞİD-ə bağlı olan "Ensar Beyt Əl-Makdis” terror dəstəsi 2015-ci ilin 31 oktyabrında Rusiyaya məxsus olan və Şarm Əl Şeyx-Sankt-Peterburq reysini həyata keçirən sərnişin təyyarəsinin vurulmasında məsuliyyəti öz üzərinə götürmüşdü.

Həmin sərnişin təyyarəsinin qəzası nəticəsində 224-dən çox insan həlak olmuşdu.

Fotoları təqdim edirik:

Rus təyyarəsini vuran döyüşçü öldürüldü – FOTOLAR

Rus təyyarəsini vuran döyüşçü öldürüldü – FOTOLAR

Rus təyyarəsini vuran döyüşçü öldürüldü – FOTOLAR

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR