Kiyevin ətrafı artilleriya atəşinə tutulur
Kateqoriya məlum deyil
Ukraynanın paytaxtı Kiyev ətrafına şiddətli artileriya atəşləri davam edir.
Sfera.az xəbər verir ki, ötən axşamdan Rusiya Silah Qüvvələrinin hücumları ilə müşayiət olunan paytaxtın şimal-qərb, şimal-şərq və şərq istiqamətində hələ də atəş səngiməyib.
Ağır artilleriya atəşləri paytaxtın mərkəzində də aydın eşidilir.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi martın 7-də yerli vaxtla saat 10.00-dan etibarən Ukraynada sükut rekimi elan etdiyini açıqlayıb.
(report)






