Logo

Rusiya qoşunları Ukraynanın bu şəhərini tərk etdi - VİDEO

Rusiya qoşunları Ukraynanın bu şəhərini tərk etdi - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Rusiya qoşunları Ukraynanın Enerqodar şəhərini tərk edib, şəhərdə bütün hakimiyyət orqanlarına nəzarət bərpa olunub, yerli hökumətin başçısı yerindədir. Bu barədə Zaporojye vilayət hərbi administrasiyasının sədri Aleksandr Starux məlumat verib.

"Bu gün Melitopolda böyük mitinq gördük. İnsanlar hökumətyönlü mövqelərini nümayiş etdirirlər. Enerqodarda da hər şey qaydasındadır", - o deyib.

Starux əlavə edib ki, ötən gecə Enerqodarda bəzi rus hərbçilər tərəfindən qarət faktları qeydə alınıb. "Orada hər şey qarət olundu. Ya telefon üçün öldürdülər, ya da noutbukları oğurladılar. Çöldə noutbukun nə üçün lazım olduğu heç də aydın deyil", - deyib.

Zaporojye AES-də vəziyyətlə bağlı hələlik məlumat verilmir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR