Logo

Zelenskidən NATO-ya ağır ittiham - "Siz kimi qoruya bilərsiniz?"

Zelenskidən NATO-ya ağır ittiham - "Siz kimi qoruya bilərsiniz?"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yeni hücumların və itkilərin qaçılmaz olduğunu bilən NATO şüurlu şəkildə Ukraynanın hava məkanını bağlamamağa qərar verdi. Bu gündən etibarən ölənlərin hamısının səbəbkarı siz olacaqsınız.

Sfera.az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun qərarını şərh edərkən deyib.

"Bu gün alyansın edə biləcəyi yeganə şey Ukraynanı 50 ton dizel yanacağı ilə təmin etməkdir! Yəqin, Budapeşt Memorandumunu yandırmaq üçün ki, daha yaxşı yansın”, - Zelenski qeyd edib.

Ukrayna Prezidenti NATO-nun hər kəsi, o cümlədən alyansın üzvü olan dövlətləri müdafiə edə biləcəyinə şübhə etdiyini bildirib:

"Bilmirəm, siz kimi qoruya bilərsiniz? Və müttəfiq ölkələrinizi qoruya bilirsinizmi? Ortaq Avropamız, ümumi azadlığımız, ümumi gələcəyimiz üçün tökülən qanımızın hər litrinin əvəzini litrlərlə yanacaqla ödəyə bilməyəcəksiniz”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR