“Yaxın günlərdə Ukraynada vəziyyət pisləşəcək” - NATO
Kateqoriya məlum deyil
"NATO yaxın 2 gündə Ukraynada vəziyyətin daha da pisləşəcəyini, ölən və yaralıların sayının artacağını düşünür”.
Sfera.az "TASS”a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
Stoltenberq bildirib ki, NATO Rusiyanı dərhal öz qoşunlarını Ukraynadan çıxarmağa və danışıqlara başlamağa çağırıb: "Biz Rusiya Prezidenti Vladimir Putini dərhal bu müharibəni dayandırmağa, öz qoşunlarını şərtsiz olaraq Ukraynadan çıxarmağa və əsl diplomatiya ilə məşğul olmağa çağırırıq”.






