Logo

Türkiyə Lavrovla Kuleba arasında görüş keçirmək istəyir

Türkiyə Lavrovla Kuleba arasında görüş keçirmək istəyir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Türkiyə Antalya Diplomatik Forumu çərçivəsində Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrovla Dmitri Kuleba arasında görüş təşkil etmək istəyir”.

Sfera.az  "TASS”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Belçikanın paytaxtı Brüsseldə NATO xarici işlər nazirlərinin fövqəladə iclasından sonra keçirilən mətbuat konfransında deyib.

"Lavrov dünən forumda iştirakını təsdiq etdi, lakin Ukraynanın XİN rəhbərinin bu şərtlər daxilində gələ biləcəyini bilmirəm”, - deyə Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, Türkiyə vətəndaşlarının bir hissəsini Rusiya vasitəsilə Ukraynadan təxliyə etmək imkanı ilə bağlı danışıqları davam etdirir.

Xatırladaq ki, Antalya Diplomatik Forumu 11-13 mart tarixlərində keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR