“Şaxtyor”un məşqçisi həlak oldu
Kateqoriya məlum deyil
"Şaxtyor” (Donetsk) klubunun futbol akademiyasının məşqçilərindən biri həlak olub.
Sfera.az xəbər verir ki, o, Rusiya tərəfindən Ukraynaya atılan raketlərdən birinin qəlpəsinə tuş gəlib.
Bu barədə məlumatı klubun baş direktoru Sergey Palkin verib. O bildirib ki, hadisə dünən olub: "Əməkdaşlarımızdan biri raket mərmisinə tuş gələrək həyatını itirdi. O, bizim məşqçimiz idi. Bu cinayətləri törədənlər məsuliyyət daşımalıdır”.






