Rusiyada BBC və "Azadlıq" radiosunun fəaliyyəti məhdudlaşdırıldı
Kateqoriya məlum deyil
Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Dövlət Xidməti (Roskomnadzor) ölkə ərazisində BBC-nin rusdilli xidməti və "Azadlıq" radiosunun saytlarına girişi məhdudlaşdırıb.
Sfera.az xəbər verir ki, BBC Rusiya ərazisində fasilələrlə işləyir.
Daha əvvəl "Meduza" internet nəşrinin Rusiya ərazisində işi məhdudlaşdırılmışdı. Bundan başqa, "Exo Moskvı" radiosu fəaliyyətini dayandırdığını elan etmişdi.
(trend)






