Bayden rus sahibkarlara qarşı sanksiyaları elan edəcək - “Bloomberg”
Kateqoriya məlum deyil
ABŞ prezidenti Co Bayden Rusiyanın böyük sahibkarlarına və onların ailələrinə qarşı sanksiyaları elan etmək niyyətindədir. Bu barədə "Bloomberg” məlumat yayıb.
Sfera.az xəbər verir ki, sanksiyalara məruz qalacaq şəxslərin ABŞ siyahısı hələ də dəqiqləşdirilir. Gözlənildiyi kimi, siyahıda olan şəxslərin ABŞ-a girişi qadağan olunacaq.
"Bloomberg”in məlumatına görə, ABŞ-ın sanksiyaları Avropa İttifaqının fevralın 28-də tətbiq etdiyi tədbirlərdən daha geniş olacaq.
Qeyd edək ki, fevralın 28-də Avropa İttifaqı Rusiyanın 26 siyasətçisi, jurnalisti, mədəniyyət xadiminə qarşı sanksiya tətbiq edib. Onların hamısının Avropa İttifaqına girişi qadağan edilib.






