Logo

Putin Təhlükəsizlik Şurasının müşavirəsini keçirəcək

Putin Təhlükəsizlik Şurasının müşavirəsini keçirəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Prezidenti Vladimir Putin martın 3-də Təhlükəsizlik Şurasının daimi üzvlərinin müşavirəsini keçirəcək və bir sıra beynəlxalq telefon danışığı edəcək.

Sfera.az  "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu gün Putin Novo-Oqarevoda işləyir. Bir sıra beynəlxalq telefon danışıqları aparacaq. Gün ərzində Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirənin keçirilməsi də planlaşdırılıb. Bu tədbirdə dövlət başçısının giriş çıxışı edəcəyi gözlənilir. Onun çıxışı televizorda göstəriləcək”, - o vurğulayıb.

Məlumata görə, Vladimir Putinin martın 3-də Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR