Logo

“Spotify” Rusiyadakı ofisini bağladı

“Spotify” Rusiyadakı ofisini bağladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İsveçin "Spotify” internet-servisi Rusiyadakı ofisini qeyri-müəyyən vaxtadək bağlayıb.

Sfera.az  xəbər verir ki, bu barədə "Reuters” agentliyi servisin bəyanatına istinadən bildirib.

Bəyanatda qeyd olunur ki, bu qərar Rusiyanın Ukraynada apardığı xüsusi əməliyyatla bağlıdır. Servis, həmçinin Rusiyanın dövlət KİV-inə məxsus və onlar tərəfindən idarə olunan şouların tapılmasını məhdudlaşdırıb.

Qeyd edək ki, "Spotify” 2008-ci ildə yaradılıb, Rusiyada 2020-ci ilin yayından fəaliyyət göstərir. Bugünkü gündə "Spotify”ın 381 milyondan çox istifadəçisi var.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR