Logo

ATƏT-in əməkdaşı Ukraynada həlak oldu

ATƏT-in əməkdaşı Ukraynada həlak oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının (SMM) əməkdaşı Marina Fenina Xarkovun atəşə tutulması zamanı həlak olub.

Sfera.az xəbər verir ki, bu barədə ATƏT-in Vyanadakı katibliyi məlumat yayıb.

"Marina müharibə zonasına çevrilmiş şəhərdə ailəsi üçün ərzaq məhsulları çatdırarkən öldürülüb”, - ATƏT-in bəyanatında deyilir.

Qeyd edək ki, ötən gün Ukrayna Ali Radasının AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, "Xalqın xidmətçisi” fraksiyasından olan deputat Mariya Mezentseva feysbuk səhifəsində ATƏT-in Xüsusi Monitorinq Missiyasının əməkdaşının həlak olduğunu bildirib.

"ATƏT-in missiyasında ilk ölüm. Rusiyanın Ukraynaya qarşı müharibəsində bir əməkdaşı həlak olub. O, 45 yaşlı qadındır", - deputat sosial şəbəkədəki hesabında yazıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR