Logo

Xarkovda xəsarət alan azərbaycanlı sürücülərin vəziyyəti açıqlandı

Xarkovda xəsarət alan azərbaycanlı sürücülərin vəziyyəti açıqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Xarkov şəhərinin atəşə tutulması nəticəsində xəsarət alan azərbaycanlı sürücülərin vəziyyəti qənaətbəxşdir”.

Sfera.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindənməlumat verilib.

Həkimlərin sözlərinə görə, onların həyatı üçün təhlükə yoxdur.

Sürücülərdən biri ambulator müayinə edilib. Digər iki nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti əməkdaşları həm xəstəxana ilə həm də sürücülərlə mütəmadi əlaqə saxlayır, onların vəziyyətləri ilə maraqlanırlar.

Qeyd edək ki, Ukraynada olan azərbaycanlı sürücülərin təxliyəsi davam etdirilir. Bu gün daha 12 yük maşını Moldova ilə sərhədə çatıb. Hazırda keçid üçün sənədləşmə işləri aparılır.

Daha əvvəl təxliyə edilən 6 sürücü isə artıq Bolqarıstan sərhədindədir.

Təxliyə prosesi diplomatik korpusun köməyi ilə həyata keçirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR