Zelenski və Conson arasında telefon danışığı oldu
Kateqoriya məlum deyil
Ukraynanın Prezidenti Volodimir Zelenskinin Böyük Britaniyanın Baş naziri Boris Conson ilə telefon danışığı olub.
Sfera.az xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı tviterdə bildirib.
"Böyük Britaniyanın Baş naziri Boris Conson ilə fəaliyyətimiz koordinasiya edilir. Ukrayna müdafiəsinin kursu və Rusiyanın mülki əhaliyə qarşı son cinayətləri barədə məlumat verdim. Biz Böyük Britaniyanın təcavüzlə mübarizədə davamlı əhəmiyyətli köməyinə görə minnətdarıq. Tərəfdaşlarla birlikdə müdafiədəyik!”, - Ukrayna lideri bildirib.






