Logo

“Qanuni oğru"lar Zelenskiyə dəstək verdilər: "Bundan sonra dustaq yox, döyüşçüsünüz!"

“Qanuni oğru"lar Zelenskiyə dəstək verdilər: "Bundan sonra dustaq yox, döyüşçüsünüz!"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukraynalı "qanuni oğru"lar  - "Lera Sumski” ləqəbli Serqey Lısenko, "Nedelya” ləqəbli  Andrey Nadzelski, habelə Sergey Oleynik və Vasili Rusan xalqı həmrəyliyə çağırıblar.

Sfera.az-ın xəbərinə görə, avtoritetlər siyasətə qarışmadıqlarını bildirsələr də, vətənin bu ağır günündə  baş verənlərə biganə qala bilmədiklərini qeyd ediblər.

Müraciətdə həm də o bildirilib ki, prezident Volodimir Zelenskinin yüzlərlə məhbusu vətən müharibəsində iştirak etmək üçün azadlığa buraxması barədə fərman həmin adamlar üçün bir sınaq olacaq.

"Siz bundan sonra dustaq yox, döyüşçüsünüz. Kimliyinizdən, etdiyiniz cinayətdən asılı olmayaraq vətənin müdafiəçisiniz. Bu ada xələl gətirməyin”. /Gundem.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR