Logo

Latviyalılar Ukraynaya döyüşə gedir: qərar verildi

Latviyalılar Ukraynaya döyüşə gedir: qərar verildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Latviya parlamenti vətəndaşlara Ukraynada Rusiyaya qarşı döyüşməyə icazə verdi. Bundan sonra latviyalılar Ukrayna tərəfində döyüş əməliyyatlarında iştirak edə biləcəklər.

Sfera.az  "Delphi”yə istinadən xəbər verir ki, Latviya Seymi (parlament) ölkə vətəndaşlarına Ukrayna uğrunda döyüşməyə icazə verib .

Latviya parlamenti fevralın 28-də milli təhlükəsizlik haqqında qanuna Latviya vətəndaşlarının Ukraynada xidmət keçməsinə icazəni nəzərdə tutan düzəlişləri yekdilliklə qəbul edib.

Ukraynanın müstəqilliyini müdafiə etmək istəyən Latviya vətəndaşları Milli Silahlı Qüvvələrin Ehtiyat Qeydiyyatı İdarəsində qeydiyyatdan keçməlidirlər.

Bu günə qədər qanun latviyalıların xarici qoşunlarda və ya başqa dövlətlərin ərazilərində xidmət etməyi qadağan edirdi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR