Logo

Aİ Ukraynaya döyüş təyyarələri verəcək

Aİ Ukraynaya döyüş təyyarələri verəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Avropa İttifaqı (Aİ) ölkələri Rusiya qoşunlarına qarşı müharibə aparmaq üçün Ukraynaya döyüş təyyarələri verməyə razılaşıblar.

Sfera.az xəbər verir ki, bunu Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra deyib.

"Biz silah, döyüş silahı, hətta döyüş təyyarələri təqdim edəcəyik. Biz təkcə döyüş sursatından danışmırıq. Müharibə aparmaq üçün ən vacib silahları veririk", - o deyib.

Onun sözlərinə görə, Ukrayna qırıcı təyyarələr istəyib və bəzi üzv ölkələrdə onlara malikdir. "Nazir Kuleba bizdən Ukrayna ordusunun istifadə edə biləcəyi qırıcılar barədə soruşdu. Bəzi ölkələrdə belə təyyarələr var", - Borrel əlavə edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR