Logo

Qırğızıstan prezidenti Rusiyaya DƏSTƏK VERİB - “Əhalini qorumaq üçün…”

Qırğızıstan prezidenti Rusiyaya DƏSTƏK VERİB - “Əhalini qorumaq üçün…”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qırğızıstan Prezidenti Sadir Caparovla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Qırğızıstan Rəyasət Heyətinin Mətbuat Mərkəzindən verilən açıqlamada Caparov və Putinin ikitərəfli əməkdaşlığın cari məsələlərini müzakirə etdiyi bildirilib.

Açıqlamada həmçinin qeyd olunub ki, iki lider beynəlxalq və regional təhlükəsizlik məsələləri, o cümlədən Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Kremlin Mətbuat Xidmətindən verilən açıqlamada isə Putin və Caparov arasında baş tutan telefon danışığında Caparovun Rusiyanın Ukrayna əməliyyatlarını dəstəklədiyi ifadə olunub. Məlumatda Ukraynadakı hərbi əməliyyatı ilə bağlı vəziyyətin inkişafı müzakirə edildiyi qeyd olunub.

Minsk razılaşmalarının baş tutmamasında Kiyevin məsuliyyət daşıdığını qeyd edən Sadir Çaparov Rusiya tərəfinin Donbassın mülki əhalisini qorumaq üçün qətiyyətli addımını dəstəklədiyini deyib. Rusiya prezidenti Vladimir Putin prinsipial mövqeyinə görə Caparova təşəkkür edib.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR