Logo

15 iyul gecəsi Ömer Halisdemir şəhid oldu

15 iyul gecəsi Ömer Halisdemir şəhid oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

15 İyul gecəsi FETÖ-nün dövlət çevrilişi cəhdində dərbəçi General-mayor Semih Terzinin Xüsusi Qüvvələr Komandanlığının girişində qəhrəman astsubay Ömər Halisdemir tərəfindən öldürüldüyü an kameraya düşüb.

Sfera.az xəbər verir ki, Halisdemir Xüsusi Qüvvələr 1-ci Briqada Komandiri dərbəçi General-mayor T.Dərzi öldürdükdən dərhal sonra şəhid olub.

Qeyd edək ki, Darbeci General-mayor Terzi, Xüsusi Qüvvələr Komandanlığını ələ keçirmək üçün tam təchizatlı 20 əsgər ilə Diyarbəkirdən Ankaraya uçub.

Qeyd edək ki, Xüsusi Qüvvələr Komandiri General-mayor Zekai Aksakallı, ən güvəndiyi əsgərini, Ömər Halisdemiri çağıraraq vətən xaini Terzini öldürməsini əmr edib. Həmçinin sonda şəhid ola biləcəyini vurğulayaraq haqqını halal etməsini bildirib.

Xatırladaq ki, Halisdemir Terzini alnından vuraraq öldürüb. Sonda özü də 30 güllə yarası alaraq şəhid düşüb.

Sfera.az //

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR