"Taliban" Rusiya-Ukrayna məsələsində tərəfsiz olduğunu açıqladı: "Problemləri sülh yolu ilə həll edin"
"Taliban” rejimi Rusiya və Ukrayna arasında baş verən hadisələrdə tərəfsiz olduğunu açıqlayıb.
Sfera.az bildirir ki, bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyinin sözçüsü Abdul Kahhar Balhi sosial media hesabından paylaşım edib.
O, "Taliban” administrasiyasının Ukraynadakı hadisələri diqqətlə izlədiyini və dinc əhali arasında itkilərin artmasından narahat olduğunu bildirib. Hər iki tərəfin geri addım atmalı olduğunu vurğulayan Belhi, "Tərəflər şiddəti gücləndirə biləcək mövqeləri dayandırmalıdır”, - deyə əlavə edib.
Qurum rəsmisi hər iki tərəfdən Ukraynada yaşayan əfqan tələbələrin və immiqrantların təhlükəsizliyini təmin etməsini istəyib. Balhi, həmçinin sözügedən ölkələri problemləri dialoq və sülh yolu ilə həll etməsinə səsləyib.
Günay Rəsulqızı
Sfera.az






