Logo

İran Ukraynadakı vəziyyəti işğal hesab etmir

İran Ukraynadakı vəziyyəti işğal hesab etmir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İran Rusiyanın Ukraynaya hərbi müdaxiləsini işğal hesab etmir. Rəsmi Tehran Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə NATO-nu günahlandırır.  

Sfera.az TASS-a istinadən xəbər verir ki, bununla bağlı açıqlamanı xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan verib.

Nazir deyib ki, Rusiyanın hərbi əməliyyata başlaması NATO-nun hərəkətləri ilə bağlıdır: "Ukrayna böhranının kökü NATO-nun təxribatlarındadır. Biz müharibənin həll yolu olduğuna inanmırıq. Atəşkəs əldə etmək, siyasi və demokratik həll yolu tapmaq lazımdır”.

Xatırladaq ki, bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyinq də brifinq zamanı Ukraynadakı vəziyyəti Rusiyanın "işğalı” adlandırmaqdan imtina edib.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR