Logo

Aİ Rusiyaya qarşı sanksiyaları rəsmən təsdiqlədi

Aİ Rusiyaya qarşı sanksiyaları rəsmən təsdiqlədi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Avropa İttifaqı "DXR” və "LXR”-i tanıdığı üçün Rusiyaya qarşı sanksiyaların təsdiqlənməsi prosedurunu başa çatdırıb.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fransanın Aİ-dəki sədrliyinin bəyanatında deyilir.

"Sanksiyaların yazılı proseduru uğurla başa çatıb. Hüquqi aktlar qəbul edilib və günün sonuna kimi dərhal qüvvəyə minməsi üçün dərc olunacaq", - məlumatda deyilir.

Texniki prosedurun başa çatması bütün Aİ ölkələrinin yeni sanksiyalar paketini imzalaması deməkdir.

Sənəddə Aİ Rusiyanı "DXR” və "LXR”-in tanınmasına yenidən baxmağa çağırıb və yeni sanksiyalarla bağlı xəbərdarlıq edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR