Zelenski Rusiyaya çağırış etdi
Kateqoriya məlum deyil
Kiyev Rusiya Federasiyasını problemi istənilən formatda dialoq yolu ilə həll etməyə çağırır və Ukrayna öz suverenliyini qorumalıdır.
Sfera.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Estoniya prezidenti Alar Karislə görüşündən sonra keçirilən brifinqdə bəyan edib.
"Biz bütün riskləri başa düşürük. Biz Rusiyanı ilk dəfə deyil, bu məsələni dialoq yolu ilə həll etməyə, danışıqlar masası arxasına oturmağa çağırırıq və istənilən platformalarda müzakirə etməyə hazırıq. Rusiya Federasiyası da bunu çox yaxşı bilir... Cavab aldıq, biz bunu sizinlə görürük. Ukrayna buna öz suverenliyini və dövlətimizi qorumaqla cavab verməlidir”, - Zelenski bəyan edib.
(olke.az)






