Logo

Hərbi-siyasi gərginlik Ukraynaya hər ay 4-5 milyard dollar zərər vurur

Hərbi-siyasi gərginlik Ukraynaya hər ay 4-5 milyard dollar zərər vurur
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ukraynanın Prezident aparatının rəhbərinin müavini Rostislav Şurma "RBC-Ukrayna”ya müsahibəsində bildirib ki, ölkə ətrafında hərbi-siyasi vəziyyətin gərginləşməsi iqtisadiyyata hər ay 2-3 milyard dollar zərər vurur.  

Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, dövlət rəsmisi gərginliyin davam edəcəyi təqdirdə itkilərin bir qədər də artacağını söyləyib:

"Biz indiki gərgin vəziyyətdə itkilərin ayda 2-3 milyard dollar olduğunu görürük. Bunlar dayandırılmış investisiyalar və əlavə inflyasiya, turizm sektorunda itkilər, hava səyahətlərinin azalması şəklində özünü göstərir.


Həmçinin spekulyativ təzyiqlər var. Spekulyativ təzyiqlər məzənnəyə təzyiqi artırır və bu qeyd etdiyimdən əlavə itki yaradır. Əlavə itkinin aylıq məbləği isə 1,5-2 milyard dollardır.  

Biz hesab edirik ki, hər ay 4-5 milyard dollarlıq bir dəstək olarsa, itkiləri tam kompensasiya etmək mümkün olacaq”.  

Şurma qeyd edib ki, hökumət əvvəlki vəziyyətin bərpası üçün əlavə tədbirlər görməyə hazırdır və bunun üçün beynəlxalq dəstəyə ehtiyac var. 

Vasif 
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR