Logo

Yunanıstanda 60 yaşdan yuxarı 300 min nəfər cərimələndi

Yunanıstanda 60 yaşdan yuxarı 300 min nəfər cərimələndi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yunanıstanda koronavirusa qarşı peyvənd olunmayan 60 yaşdan yuxarı təxminən 300 min insanın cərimələrinin bu həftədən etibarən qüvvəyə minəcəyi açıqlanıb.

Sfera.az xəbər verir ki, ölkənin "Kathimerini” qəzetində dərc olunan məlumata görə, yanvarın 17-dən etibarən peyvənd olunmayan 60 yaşdan yuxarı insanlara ayda 100 avro cərimə tətbiq ediləcəyi açıqlanıb.

Qaydaya əsasən, sağlamlığına görə peyvənddən azad edilənlər cərimələnməyəcək. Bundan başqa yaşı 96-dan yuxarı olan vətəndaşlar və son üç ildə vergi ödəməyənlər cərimələnməyəcək.

Yunanıstan mətbuatının yazdığına görə, peyvənd olunmayan insanlar ya tamamilə işdən çıxarılacaq, ya da epidemiya bitənə qədər işə qayıtmağa icazə verilməyəcək. Daxili İşlər Naziri Makis Voridis peyvənd olunmamış tibb işçilərinin işə qayıtmasında güzəştə getməyəcəklərini ifadə edərək, "Səhiyyə sektorunda çalışan hər kəs peyvənd olunmalıdır, mən heç kimi işdən çıxarmadım, sadəcə iş şəraitini təyin etdim. Bu şərtlərə əməl etməyənlər səhiyyə sistemində qala bilməzlər”,-deyə bildirib.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR