Logo

Saakaşvili yenidən aclığa başladı

Saakaşvili yenidən aclığa başladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi, bu gün Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin növbəti məhkəmə prosesi keçirilir.

Sfera.az-ın  "TASS”a istinadən məlumatına görə, M.Saakaşvili prosesdə çıxışı zamanı müddətsiz aclıq aksiyasına başladığını elan edib.

Gürcü siyasətçi buna səbəb olaraq hazırda saxlanıldığı Rustavi həbsxanasında pis müalicə olunduğunu göstərib.

"Siz (Gürcüstan rəhbərliyi – red.) istəyirsiniz ki, mən belə sakitcə ölüm. Alınmayacaq. Lazım gələrsə, başım dik şəkildə ölərəm. Bu gündən etibarən müddətsiz aclıq aksiyasına başladığımı elan edirəm”, - deyə Saakaşvili qeyd edib.

Xatırladaq ki, Gürcüstanın eks-Prezidenti ötən il oktyabrın 1-i saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aclıq aksiyasından sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü.

Saakaşvili 2021-ci il oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, 6 il müddətinə həbs olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR